“Dünən ev almışdım, bu gün dağıldı” - Təl-Əviv sakini - VİDEO

 09:14 14.06.2025     225

“Evimi dünən almışdım və bu gün İranın raket hücumu nəticəsində dağıldı”.

Redaktor.az xəbər verir ki, bunu Təl-Əviv sakini ölkənin yerli televiziyasına müsahibəsində deyib.

Qadının gözyaşları ilə verdiyi müsahibə sosial şəbəkələrdə müzakirə mözvusuna çevrilib.

Qeyd edək ki, İsrail KİV-də yayılan xəbərlərə görə, dünən axşam saatlarından etibarən İrandan atılan raketlər şəhərdə bir çox yaşayış binası və evləri dağıdıb. Bildirilir ki, şəhərdə yerləşən hündürmərtəbəli binalardan biri yerlə-yeksan olub.