İran İsraili müdafiə edəcək ölkələrin bazalarına hücum edəcək

 09:29 14.06.2025     92

İran ordusu İsrailə qarşı hücumları gücləndirmək niyyətindədir və onu müdafiə etmək qərarına gələn ölkələrin Yaxın Şərqdəki bazalarına zərbələr endirməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bu barədə CNN telekanalı İran rəsmisinə istinadən məlumat yayıb.

“İsraili İranın edəcəklərindən qorumağa çalışan istənilən ölkə onun regional bazalarının və mövqelərinin yeni hədəflərə çevrildiyini görəcək.”, - deyə İran rəsmisi bildirib.

O həmçinin qeyd edib ki, Tehran qəti şəkildə cavab vermək hüququnu özündə saxlayır və İsrailə qarşı hücumları gücləndirmək niyyətindədir.