İranın Baş Qərargah rəisinin iki müavini İsrailin hava zərbələri zamanı həlak OLDU

İran Silahlı Qüvvələrinin Baş Qərargahı İsrail zərbələri nəticəsində Baş Qərargah rəisinin iki müavininin həlak olması barədə məlumat yayıb.
Bu barədə Redaktor.az "Mehr"ə istinadən xəbər verir ki, Baş Qərargahın kəşfiyyat üzrə müavini Qolamreza Mehrabi və əməliyyatlar üzrə müavini Mehdi Rabbani həlak olublar.