İsrail İranın qırıcı təyyarə anqarına zərbə ENDİRDİ

 11:59 14.06.2025     109

İsrail ordusu bu gün səhər saatlarında Mehrabad hava limanında İran qırıcı təyyarələrinin anqarına zərbə endirib.

Redaktor.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.

Qeyd olunub ki, hücumlar hava limanında partlayışlara səbəb olub, lakin uçuş-enmə zolaqlarına, binalara və ya qurğulara zərər vurmayıb.

Bildirilir ki, İranın hava hücumundan müdafiə sistemləri "sübh çağı düşmən hücumlarını dəf etmək üçün" işə salınıb.