İran hava limanlarında bütün uçuşlar növbəti bildirişə qədər DAYANDIRILDI

 12:45 14.06.2025     94

İran hava limanlarında bütün uçuşlar növbəti bildirişə qədər dayandırılıb.

 Redaktor.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi İranın hava limanları və hava naviqasiyası şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Ölkənin bütün hava limanlarında bütün uçuşlar növbəti bildirişə qədər dayandırılıb. Uçuşların dayandırılması sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib”, - məlumatda deyilir.

Vətəndaşlar hava limanlarına getməkdən çəkinməyə və sonrakı rəsmi məlumatlar və xəbərləri izləməyə çağırılır.