Tehran Britaniya, ABŞ və Fransaya hədə-qorxu GƏLDİ

 15:23 14.06.2025     221

Rəsmi Tehran İsrailə dəstək olmamaq barədə xəbərdar edib.

Redaktor.az xəbər verir ki, bəyanatı “Mehr” xəbər agentliyi dərc edib.

İran hökuməti bildirib ki, Avropa ölkələri, o cümlədən ABŞ İranın hücumlarının dəf olunmasında İsrailə yardım edəcəkləri təqdirdə, Tehran həmin ölkələrin Yaxın Şərqdəki obyektləri, o cümlədən İran körfəzi və Qırmızı dənizdəki yük və hərbi gəmilərini hədəfə alacaq.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən, İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.

Elə həmin günün axşamı, İran “Həqiqi Vəd III Əməliyyatı” ilə Israilə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə 150-dən çox ballistik raket və 100-dən çox pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.