İran İsrailin neft emalı zavodunu VURDU

 02:03 15.06.2025     256

İsrailin Hayfa şəhərindəki neft emalı zavodu İranın ballistik raketi ilə vurulub.

Redaktor.az xəbər verir ki, bu barədə İRNA agentliyi teleqram kanalında məlumat yayıb.

“Hayfa neft emalı zavodu İran raketləri ilə uğurla hücuma məruz qalıb”, - paylaşımda qeyd olunur.

Daha əvvəl İranın hücumu fonunda Hayfada güclü partlayışların baş verdiyi bildirilib. Şəhərə İran raketlərinin düşməsi qeydə alınıb.