Türkiyədə iki hava şarı yerə çırpıldı, ölən və yaralananlar var

 11:01 15.06.2025     152

Türkiyənin Aksaray şəhərində iki hava şarı yerə çırpılıb.

Redaktor.az xəbər verir ki, bu barədə “TGRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində bir nəfər ölüb, 19 nəfər yaralanıb.

Xəsarət alanların vəziyyəti və hadisənin səbəbi məlum deyil.