Abbas Əraqçi: Nüvə silahının olmamasına təminat verən saziş imzalamağa hazırıq - YENİLƏNİB

 11:48 15.06.2025     199

İran nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlmiş sazişi bağlamağa hazırdır, lakin ölkəni dinc nüvə enerjisini inkişaf etdirmək üçün qanuni hüquqlarını məhdudlaşdıran şərtləri qəbul etməyəcək.

Redaktor.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almağı nəzərdə tutan istənilən razılaşmaya hazırıq. Lakin sazişin məqsədi İranı qanuni hüquqlarından (dinc məqsədli nüvə enerjisini inkişaf etdirməkdən) məhrum etməkdirsə, o zaman biz belə bir razılaşmaya hazır deyilik”, - nazir qeyd edib.

***

İsrailin hücumu İran və ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqları pozmaq məqsədi daşıyır.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tehran ABŞ-nin bu hücumu dəstəkləməsindən təəssüflənir. Vurğulanıb ki, İran özündə nüvə silahının olmadığını təmin edən sazişi imzalamağa hazırdır.