İran İraqa çağırış ETDİ

İran prezidenti Məsud Pezeşkian İraqın baş naziri Məhəmməd əl-Sudani ilə telefon danışığı zamanı Bağdad hakimiyyətini İsrailin bu ölkənin hava məkanından istifadəsinin qarşısını almaq üçün tədbirlər görməyə çağırıb.
Redaktor.az-ın xəbərinə görə, bu barədə İran Prezidentinin dəftərxanasının bəyanatında bildirilib.
“Biz vurğulayırıq ki, İraq hökuməti daha böyük məsuliyyət daşımalı və İraq ərazisinin İrana qarşı hücumlar üçün istifadə edilməməsi üçün sərhədlərinin və hava məkanının mühafizəsini təmin etməlidir”, - Pezeşkian bildirib.