İran İsrailə casusluqda təqsirli bilinən şəxsi edam ETDİ

İranda İsrail kəşfiyyatı "Mossad" üçün casusluqda təqsirli bilinən şəxs edam edilib.
Redaktor.az xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.
Qeyd olunub ki, edam edilən şəxsin adı Esmail Fekridir.
Bildirilib ki, bu, son həftələrdə İsrailə casusluqla bağlı üçüncü edam olub.