İsrail Tehrana raketlər daşıyan yük maşınlarını belə məhv etdi - VİDEO

 17:25 16.06.2025     236

“Tehrana qaçaqmalçılıq yolu ilə raketlər daşıyan yük maşınlarının yerini müəyyənləşdirib onlara zərbələr endirik”.

 Redaktor.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

“İranın qərbindən Tehrana doğru irəliləyən “yer-hava” raket qurğularını daşıyan yük maşınları da daxil olmaqla, içərisində silah olan bir neçə yük maşını müəyyən edilib.

Ordumuz yük maşınlarına zərbələr endirib, silahları və atıcıları zərərsizləşdirib”.