İsrail İran dövlət televiziyasının binasına zərbə endirdi

İsrail İranın əsas teleradio yayımı şirkəti olan IRIB-in binasına zərbələr endirib.
Redaktor.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
IRIB-nin ictimaiyyətlə əlaqələr şöbəsi radio və televiziya xidmətlərində mümkün fasilələr barədə xəbərdarlıq edib. Hücum anı canlı yayımda lentə alınıb. Yayımlar qısa müddətə dayanıb.