Tehranın şimalında partlayış baş VERDİ

 20:41 16.06.2025     116

İranın paytaxtı Tehranda güclü partlayış baş verib, şəhərdə hava hücumundan müdafiə sistemləri işə salınıb.

Redaktor.az xəbər verir ki, paytaxtın şimalında qatı tüstü görünür.

Daha əvvəl İsrailin İranın əsas teleyayım şirkəti olan IRIB-in (Islamic Republic of Iran Broadcasting) binasına hücum etdiyi məlum olub.