Zelenski Trampla bu məsələni müzakirə EDƏCƏK

 21:20 16.06.2025     77

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüşdə ölkəsinin yeni silah paketi almasını müzakirə edəcəyinə ümid edir.

Redaktor.az-ın məlumatına görə, Trampın Zelenski ilə görüşü iyunun 15-dən 17-dək Kanadada keçirilən “Yeddilik Qrupu” (G7) sammiti çərçivəsində gözlənilir.

"Görüşdə Prezident Trampla müzakirə edəcəyim məsələlərdən biri də Ukraynanın almağa hazır olduğu müdafiə paketidir. Biz bunu müzakirə edəcəyik. Əminəm ki, bizim belə bir imkanımız olacaq, ən azı buna ümid edirəm", - Ukrayna lideri Avstriya Prezidenti Aleksandr Van der Bellen ilə görüşün yekunu üzrə Vyanada keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ABŞ Ukraynaya böyük dəstək verib, onsuz Kiyev üçün çox çətin olardı.