Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək istəməməsinin səbəbini AÇIQLADI

 02:13 17.06.2025     81

ABŞ Prezidenti Donald Tramp bazar ertəsi Ukrayna ilə bağlı razılığa gəlmək ümidi ilə Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək istəmədiyini bildirib.

Redaktor.az bu barədə TASS-a istinadla xəbər verir.

Yeddilik Qrupunun (G7) Kananaskisdə (Kanadanın Alberta əyaləti) sammiti çərçivəsində jurnalistlər dövlət başçısından Moskvaya qarşı niyə yeni məhdudiyyətlər tətbiq etmədiyini soruşublar.

"Çünki mən Ukraynada sülh yolu ilə nizamlanmaya dair razılaşmanın imzalanmasını gözləyirəm. Unutma ki, sanksiyalar bizə çox pul bahasına başa gəlir. Mən hər hansı ölkəyə sanksiya tətbiq edəndə, bu, ABŞ-yə çoxlu pul, çoxlu pul bahasına başa gəlir. Gəlin tənzimləmə ilə bağlı bir sənəd imzalayaq. Söhbət milyonlarla və milyardlarla dollar potensial sanksiyalardan getmir. Bu, sadə hadisə deyil”, - deyə dövlət başçısı cavab verib.

"Pulun bununla heç bir əlaqəsi yoxdur. Mən bu münaqişəni dayandıra bilsəm, çox sevinərəm. Siz soruşa bilərsiniz: "Mən nə edirəm?" Amma mən münaqişəni dayandıra biləcəyimi görmək istərdim", - Amerika lideri bildirib.

Ondan bəzi Avropa ölkələrinin Rusiyaya qarşı əlavə məhdudiyyətlər tətbiq etmək çağırışlarına münasibət bildirməsi xahiş olunub. "Avropa belə deyir. Amma hələ heç nə etməyib. Qoy əvvəlcə bunu etsinlər", - Tramp cavab verib.

Turan İSMAYIL