"İran mahiyyətcə danışıqlar masasındadır, biz nəsə edəcəyik"

 02:22 17.06.2025     161

ABŞ Prezidenti Donald Tramp əmindir ki, İranla onun nüvə inkişafı ilə bağlı saziş bağlanacaq.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

"Və dediyim kimi, düşünürəm ki, saziş imzalanacaq. Ya da nəsə olacaq. Amma saziş imzalanacaq. Və məncə, İran bunu imzalamamaq axmaqdır" - Tramp bazar ertəsi Britaniyanın Baş naziri Kir Starmer ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Danışıqlar Yeddilik Qrupunun Kananaskisdə (Kanadanın Alberta əyaləti) sammiti çərçivəsində baş tutub.

Eyni zamanda, Amerika lideri faktiki olaraq işarə edib ki, ABŞ və İran arasında diplomatik sahədə irəliləyiş çox yaxın bir neçə gün ərzində gözlənilə bilər. "Düşünürəm ki, İran mahiyyətcə danışıqlar masasındadır. Onlar razılıq əldə etmək istəyirlər. Və mən buradan (G7-nin iclasını) tərk edən kimi biz nəsə edəcəyik.

Tramp İsrailin ABŞ hərbi yardımı olmadan İrandan gələn ehtimal olunan “nüvə təhlükəsini” öhdəsindən gələ biləcəyini düşünüb-görmədiyi ilə bağlı sualı rədd edib. Vaşinqton administrasiyasının rəhbəri ətraflı məlumat vermədən deyib: "Bu, böyük məsələ deyil. Nə isə olacaq".

O, İranla bağlı diplomatik səylərin bir hissəsi olaraq Yaxın Şərqə səyahət etməyə potensial olaraq hazır olacağını təsdiqləyib. "Bəli, bəli. Amma düşünürəm ki, biz kifayət qədər yaxşı iş görürük. Biz danışırıq. Telefon deyilən bir şeyimiz var. Ona görə də danışırıq. Amma hər zaman şəxsən danışıqlar aparmaq daha yaxşıdır", - Tramp deyib.

"Mən İranın nüvə başlığına malik olmadığını görmək istəyirəm. Biz bunun baş verməsinə əmin olmaq üçün çox çalışırıq", - prezident əlavə edib.

Turan İSMAYIL