“Hamı Tehranı dərhal boşaltmalıdır” - Tramp

 02:48 17.06.2025     171

ABŞ Prezidenti Donald Tramp deyib ki, hamı dərhal İran paytaxtını tərk etməlidir.

Redaktor.az xəbər verir ki, o bunu "Truth" sosial şəbəkəsində yazıb.

"İran nüvə proqramı ilə bağlı onlara imzalamalarını söylədiyim "sövdələşməni" imzalamalı idi. Nə qədər biabırçılıq və insan həyatını itirməkdir. Sadə dillə desək, İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm! Hamı Tehranı dərhal boşaltmalıdır!" - Tramp qeyd edib. 

Amerika lideri sözlərinin mənasını açıqlamayıb.

Turan İSMAYIL