İsfahanda İsrailin hücumu zamanı üç nəfər öldü - YARALILAR VAR

 11:25 17.06.2025     94

İranın mərkəzində iyunun 17-si səhər saatlarında İsrailin hücumu zamanı üç nəfər həlak olub, dörd nəfər xəsarət alıb.

Redaktor.az-ın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə hücumun baş verdiyi İsfahan əyalətinin qubernator müavini Əkbər Salehi məlumat verib.

"Hücum nəticəsində üç nəfər həlak olub, daha 4 nəfər xəsarət alıb", - o bildirib.

Ə.Salehinin sözlərinə görə, zərbə Kaşan şəhərinin nəzarət-buraxılış məntəqələrindən birinə dəyib.