Rusiyada İlon Maskın narkotik testi “ələ salındı”

 16:07 17.06.2025     117

Amerikalı milyarder SpaceX və Tesla şirkətlərinin qurucusu İlon Maskın narkotik testi nəticələrini ictimaiyyətlə bölüşməsi Rusiyada istehza ilə qarşılanıb.

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı Rusiyalı politoloq Konstantin Kalaçev Teleqram kanalında paylaşım edib.

O, Maskın təmiz narkotik testi nəticəsinin nə qədər baha başa gəldiyini heç kimin bilməyəcəyini qeyd edib. Onun sözlərinə görə, bu cür testlər Rusiyada daha ucuz başa gələ bilərdi.

Maskın paylaşdığı sənəddə onun qan analizində kokain, fentanil, ketamin, opiatlar, metadon və kannabinoidlərə rast gəlinmədiyi bildirilir. Test nəticələri Maskın narkotik vasitələrdən istifadə etmədiyini təsdiqləyir.

Aytəkin TOFİQQIZI