İranın raket arsenalının əhəmiyyətli hissəsini neytrallaşdırmışıq - İsrail ordusu

 16:10 17.06.2025     217

İsrail İranın nüvə obyektlərinə qarşı hücumları müəyyən edilmiş bütün hədəflərə çatana qədər davam etdirəcək.

Redaktor.az İsrail KİV-inə istinadən xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun əməliyyat idarəsinin rəisi Oded Basyuk bildirib.

"Biz plana uyğun olaraq nüvə obyektlərinə zərbələr endirməyə davam edirik", - o vurğulayıb.

İsrail hərbçilərinin məlumatına görə, hazırda 200-dən çox ballistik raket qurğusu məhv edilib və ya neytrallaşdırılıb ki, bu da İran arsenalının əhəmiyyətli hissəsini təşkil edir.

O.Basyuk vurğulayıb ki, İsrail Müdafiə Ordusunun İrana qarşı əməliyyatı "ən qızğın mərhələsindədir".