Ukraynada yeni Baş prokuror təyin OLUNDU

 17:10 17.06.2025     84

Ukraynada yeni Baş prokuror təyin olunub.

Redaktor.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, parlament 35 yaşlı Ruslan Kravçenkonu baş prokuror təyin edib.

Sözügedən şəxs dövlət vergi administrasiyasının rəhbəridir. O həmçinin, hərbi cinayətlərlə bağlı məsələləri araşdırmaqla da məşğul olub.