Türkiyədə dənizdə batan uşağın cansız bədəni tapıldı

Türkiyənin Giresun şəhərinin Çıtlakkale məhəlləsində dünən atası ilə dənizə girdikdən sonra itkin düşən 10 yaşlı Toprak Dermenin meyiti tapılıb.
Redaktor.az xəbər verir ki, AFAD, Giresun Bələdiyyəsi Yanğınsöndürmə Müdirliyi, Sahil Təhlükəsizliyi və Ordu Polis İdarələrindən 27 nəfər dalğıc daxil olmaqla 132 personal, 7 dəniz vasitəsi ilə gün boyu uşağın itkin düşdüyü ərazidə və sahildə axtarış aparıb.
Axtarış zamanı Teyyaredüzü Orta Məktəbinin 5-ci sinif şagirdi Toprak Dermenin meyiti Teyyaredüzü məhəlləsinin sahilindən təxminən 100 metr aralıda aşkarlanıb.
Meyit sahilə çıxarılaraq Giresun Prof. Dr. İlhan Özdemir Dövlət Xəstəxanasının morquna aparılıb.
Kənan YUSİF