Türkiyədə 3 tır toqquşdu - ölən və yaralananlar var - VİDEO

 21:17 17.06.2025     119

Türkiyənin Sakarya şəhərinin Pamukova rayonunda üç tırın toqquşması ilə baş verən zəncirvari qəzadan sonra başlayan yanğında bir nəfər həyatını itirib, iki nəfər isə yaralanıb.

Redaktor.az xəbər verir ki, hadisə zamanı  Hikmət Şahin idarə etdiyi tırın sükan hakimiyyətini itirərək qarşı zolağa keçib.

Bu zaman tır, Sakarya istiqamətində hərəkət edən Ərcüment D. və İsmayıl A. tərəfindən idarə olunan tırlarla toqquşub.

Toqquşmadan sonra hər üç tırda yanğın başlayıb. Hadisə yerinə polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb edilib.

Yanğınsöndürənlər tərəfindən sıxışdığı yerdən çıxarılan Ərcüment D. və İsmayıl A. xəstəxanaya çatdırılıb. Ərcüment D.-nin vəziyyətinin ağır olduğu bildirilib.

Yanğınsöndürmə işləri başa çatdıqdan sonra Hikmət Şahinin həyatını itirdiyi müəyyən olunub.

Kənan YUSİF