İran İsrailin hərbi hava bazalarına zərbələr endirdi

 21:53 17.06.2025     209

İran ordusu İsrailin hərbi hava bazalarına zərbələr endirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Fars" agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına istinadən məlumat yayıb.

“Yeni genişmiqyaslı raket əməliyyatının hədəfi düşmən təyyarələrinin ölkəmizə hücumlar həyata keçirmək üçün havaya qalxdığı İsrailin hərbi hava bazalarıdır”, - deyə məlumatda bildirilib.