Sosial media dələduzluğu ölümlə nəticələndi

 22:10 17.06.2025     118

İstanbulun Kiçikçəkməcə rayonunda sosial mediada saxta qadın profili yaradaraq bir dostunu aldatdığı iddia edilən 16 yaşlı gənc Botan B., mübahisə zamanı 17 yaşlı dpstu Furkan C. tərəfindən bıçaqlanaraq öldürülüb.

Redaktor.az xəbər verir ki, hadisə Fevzi Çakmak məhəlləsində bir restoranın qarşısında baş verib. Botan B. ilə qarşılaşan Furkan C. mübahisə zamanı Botan B.-ni bıçaqla vuraraq ağır yaralayıb. Yaralı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Furkan C. hadisədən sonra qısa müddətdə polis tərəfindən tutulub.

Kənan YUSİF