Kanada Kiyevə 1,5 milyard dollar hərbi yardım ayıracaq

Kanada hökuməti Ukraynaya 1,5 milyard dollar məbləğində hərbi yardım edəcək.
Redaktor.az xəbər verir ki, bunu ölkənin Baş naziri Mark Karni Kananaskisdə keçirilən “Yeddilik” (G7) sammiti çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə görüşündə deyib.
Telekanalın məlumatına görə, hərbi yardım paketinə PUA-lar daxil ola bilər. Bundan əlavə, Ottava Kiyevə 1,7 milyard dollar məbləğində kredit verəcək.
Qeyd edək ki, 2022-ci ilin fevralından Kanada Kiyevə 3,32 milyard dollarlıq hərbi yardım edib.