İsrail qırıcıları İranda 12 raket buraxılış qurğusuna və anbarına hücum edib

 23:01 17.06.2025     102

İsrail Hərbi Hava Qüvvələri İranda 12 raket buraxılış qurğusuna və raket anbarına zərbələr endirib.

Redaktor.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti bildirib.

"İsrail Müdafiə Qüvvələri İranın mərkəzində yerləşən raket buraxılış sistemləri və yerdən-yerə raket anbar sahələrinə bir sıra zərbələr endirib. İsrail Hərbi Hava Qüvvələri alınan kəşfiyyat məlumatlarına əsasən 12 raket buraxılış qurğusunu və anbar obyektlərini hədəfə alıb".

“Raketlər mülki İsrail sakinlərinə tuşlanıb”, - mətbuat xidməti əlavə edib. 

Turan İSMAYIL