İran keçmiş prezident Əhmədinejadın qətli ilə bağlı məlumatları təkzib EDİR

İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın öldürülməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil.
Redaktor.az-ın məlumatına görə, bunu IRNA xəbər agentliyi keçmiş prezidentin ofisinin bəyanatına istinadən xəbər verir.
Agentliyin məlumatına görə, Əhmədinejadın ofisi bu məlumatı yalan adlandırıb.
Bundan əvvəl bir sıra KİV-lər İslam Respublikasının keçmiş prezidentinin Tehranda öldürüldüyü barədə məlumat yayıb.
Turan İSMAYIL