"Mossad"ın qərargahına zərbə üçün bu raketlərdən istifadə edilibmiş

 23:08 17.06.2025     180

İran Təl-Əviv yaxınlığında yerləşən İsrailin "Mossad" kəşfiyyat xidmətinin qərargahına zərbə endirmək üçün izlənməsi və ələ keçirilməsi mümkün olmayan raketlərdən istifadə edib.

Redaktor.az xəbər verir ki, bu barədə İranın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Rza Talayinik məlumat verib.

“Bugünkü hücumda izlənilməsi və qarşısının alınması mümkün olmayan raketlərdən istifadə etdik”, – nazirlik rəsmisi vurğulayıb.