ABŞ İrana qarşı B-52 bombardmançılarından istifadə edə bilər - "Əl-Cəzirə"

Pentaqon "B-52 Stratofortress" strateji bombardmançı təyyarələrindən istifadə də daxil olmaqla, İsrail və İran arasında münaqişənin kəskinləşməsi halında bir neçə addım atmaq variantını nəzərdən keçirir.
Redaktor.az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalına adı açıqlanmayan ABŞ rəsmisi bildirib.
"Pentaqon öz funksiyalarını yerinə yetirir, İranla diplomatik səylərin nəticəsiz qalacağı təqdirdə hərəkət variantları təqdim edir. B-52 bombardmançıları belə variantlardan biri hesab olunur", - telekanalın həmsöhbəti qeyd edib ki, təyyarə Hind okeanındakı Dieqo Qarsiya adasındakı Amerika aviabazasında yerləşdirilib.
Bundan əvvəl ABŞ hərbi dairələrinin nümayəndəsi TASS-a bildirib ki, Pentaqonun rəhbəri Pit Heqset regionda Amerika qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün “USS Nimitz” aviadaşıyıcısının başçılıq etdiyi Amerika aviadaşıyıcısının zərbə qrupunun Yaxın Şərqə göndərilməsi barədə göstəriş verib. “Axios” portalının mənbələrinə görə, ABŞ Prezidenti Donald Tramp Amerika hərbçilərinin İsrailin İrana qarşı əməliyyatında və İslam Respublikasının nüvə obyektlərinə zərbə endirməsində iştirak imkanlarını nəzərdən keçirir.
Turan İSMAYIL