“Vurulan binamızda heç kim yoxdur, hamımız İrandayıq” - “Mossad”

 00:00 18.06.2025     125

İran ordusu İsrailin “Mossad”a məxsus hərbi kəşfiyyat mərkəzini vurduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu haqda İran Müdafiə Nazirliyinin sözçüsü Rza Təlai-Nik açıqlama verib:

“Sionist rejimin kəşfiyyat mərkəzi, amerikalıların kömək etdiyi düşmənin ağır müdafiə təbəqələrinə baxmayaraq, izlənilməsi mümkün olmayan raketlə vurulub”.

“Mossad” isə “X” səhifəsində paylaşım edərək məlumatı təsdiqləyib, lakin İrana satirik cavab verib:

“İran bildirir ki, onlar bizim binamızı vurublar. Bəli, bu doğrudur. Bina zərər görüb amma içində heç kim olmayıb. Çünki hamımız hazırda İrandayıq”.