Donald Tramp Rusiya haqqında sərt bəyanatlarla razılaşmayacaq

Kanada sammitindən sonra “Böyük yeddilik” ölkələri Ukrayna ilə bağlı birgə bəyanat yaymayıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
“ABŞ-nin sülhə vasitəçilikdə bilavasitə iştirak edən ölkə kimi unikal mövqeyini nəzərə alsaq, aydın idi ki, bütün G7 tərəfdaşlarının bu kontekstdə razılaşa biləcəyi təfərrüatlı ifadələr tapmaq qeyri-mümkündür”, – deyə adı açıqlanmayan Kanada rəsmisi bildirib.
Nəşr qeyd edir ki, sammitdə iştirak edən nümayəndə heyətləri Ukrayna münaqişəsi ilə bağlı Trampa uyğun ifadə formalaşdırmaq ümidi ilə danışıqlar aparıblar. Lakin Kanada rəsmisinin sözlərinə görə, zaman keçdikcə məlum olub ki, Amerika lideri “Rusiya haqqında sərt bəyanatlarla razılaşmayacaq”.
Aytəkin TOFİQQIZI