Aİ ölkələri bu məhsulun alışını əhəmiyyətli dərəcədə artırıblar

Rusiya gübrələrinə idxal rüsumlarının kəskin artması ərəfəsində Avropa İttifaqı (Aİ) ölkələri bu məhsulların alışını əhəmiyyətli dərəcədə artırıblar.
Redaktor.az bu haqda Aİ Statistika Xidmətinin (Eurostat) məlumatlarına istinadla xəbər verir.
Aprel ayının nəticələrinə görə, Rusiyadan Aİ-yə gübrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə bir yarım dəfə artaraq 135,6 milyon avroya çatıb. Müqayisə üçün qeyd olunur ki, 2023-cü ilin aprelində bu göstərici 91,9 milyon avro təşkil edib.
Beləliklə, son bir il ərzində Rusiyanın Avropa ölkələrinə gübrə satışından əldə etdiyi gəlir 43,7 milyon avro artıb.
Aytəkin TOFİQQIZI