Zaxarovadan nüvə təhlükəsi ilə bağlı xəbərdarlıq

Yaxın Şərqdəki nüvə təhlükəsi nəzəri xarakter daşımır və qlobal səviyyədə təhlükə yaradır.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
“Bütün bunlar təkcə eskalasiyaya deyil, həm də dinc nüvə və ya nüvə obyektlərinə zərbələr endirilməsi səbəbindən birbaşa region və dünya üçün təhlükəyə gətirib çıxarır”, - deyə diplomat İsrail və İran arasında başlayan münaqişəyə münasibət bildirərkən qeyd edib.
Zaxarova əlavə edib ki, İranın dinc nüvə obyektlərinə “haqqı var idi, var və olacaq”.
Aytəkin TOFİQQIZI