Məşhur rusiyalı müğənni Ukraynada axtarışa VERİLDİ

 10:41 18.06.2025     112

Ukrayna Təhlükəsizlik Xidməti rusiyalı müğənni Qriqori Lepsi axtarışa verib.

Redaktor.az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə məlumatı Ukrayna hakimiyyət orqanları təsdiqləyib.

Məlumata görə, Qriqori Leps hələ 2025-ci il martın 4-də axtarışa verilib. Bundan əvvəl Ukrayna Təhlükəsizlik Xidməti müğənniyə qarşı xüsusi hərbi əməliyyata dəstək verdiyinə görə qiyabi ittiham irəli sürüb. Xüsusi xidmət, həmçinin xatırladıb ki, Rusiya şou-biznesinin ulduzu Rusiya hərbçilərinə düşmənin Silahlı Qüvvələrinin vurulmuş hər tankına görə bir milyon rubl ödəyəcəyini vəd edib.