Ermənistanda saxlanılan rusiyalı milyarderə ittiham irəli SÜRÜLDÜ

 12:53 18.06.2025     131

Ermənistanın istintaq orqanları "Taşir" şirkətlər qrupunun rəhbəri, rusiyalı milyarder Samvel Karapetyanı ölkədə hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə "RİA Novosti"yə milyarderin vəkili məlumat verib.

Onun sözlərinə görə, istintaq Samvel Karapetyanın həbs olunması üçün vəsatət qaldıracaq.