Meksikada iki gündə ikinci şəhər meri GÜLLƏLƏNDİ

 13:04 18.06.2025     107

Meksikada iki gündə ikinci mer öldürülüb.

Redaktor.az kp.ru-ya istinadən xəbər verir ki, cinayətin qurbanı Miçoakan ştatında Tepalkatepek rəhbəri, "Morena" partiyasının üzvü Marta Laura Mendosa olub.

Qeyd olunur ki, Tepalkatepek Meksikadakı narkotik kartellərinin daimi zorakılıq yuvasıdır. Bu ərazidə bir neçə mütəşəkkil cinayətkar qrup fəaliyyət göstərir. 

Ştat İnstitusional İnqilab Partiyasının direktoru Qilermo Valensiya bildirib ki, Mendoza evindən çıxarkən öldürülüb.

O, hazırkı Meksika administrasiyası dövründə artıq Miçoakanın altı merinin öldürüldüyünü vurğulayıb.

Digər Miçoakan meri Salvador Bastidas iyunun əvvəlində öldürülüb, sonuncu qətl isə San Mateo Pinyas meri Lilia Qarsiya Sotonun ölümündən iki gün sonra baş verib.