Natalya Tenyakova vəfat etdi - FOTO

 14:04 18.06.2025     116

Rusiyanın xalq artisti, Çexov adına Moskva İncəsənət Teatrının aktrisası Natalya Tenyakova 81 yaşında vəfat edib.

Redaktor.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Çexov adına Moskva İncəsənət Teatrı məlumat yayıb.

Aktrisa “Məhəbbət və göyərçinlər”, “Böyük bacı”, “Tanışlarımız”, “Yaşıl araba” filmlərində də rol alıb. 

Qeyd edək ki, N.Tenyakova “Dərviş Parisi partladır” filminin “Müsyo Jordan”ı - aktyor Sergey Yurski ilə evli olub. Cütlüyün bir qızı var.