Tramp İsrail-İran münaqişəsində Putinin vasitəçiliyinə ehtiyac görmür

ABŞ Prezidenti Donald Tramp hələ ki, Rusiya lideri Vladimir Putinin İran və İsrail arasındakı münaqişənin həllinə kömək təklifi ilə maraqlanmadığını bəyan edib.
Redaktor.az xəbər verir ki, D.Tramp bu barədə jurnalistlərə bildirib.
"Rusiya Prezidenti Vladimir Putin vasitəçilik etməyi təklif edib. Mən isə ona dedim ki, gəlin əvvəlcə Rusiya ilə bağlı vəziyyəti həll edək. Sonra isə İranla məşğul ola bilərsiniz", - ABŞ Prezidenti vurğulayıb.