İsrail İranın daha üç hərbi helikopterini VURDU

 19:51 18.06.2025     135

İsrail Hərbi Hava Qüvvələri Kermanşahdakı bazada daha İranın üç “AH-1” hərbi helikopterini bombardman edib.

Redaktor.az xəbər verir ki, bu helikopterlər İranın hava məkanında fəaliyyət göstərən İsrail təyyarələrinə hücum üçün nəzərdə tutulub.

Daha əvvəl İsrail Müdafiə Ordusu eyni bazada İranın beş helikopterinin məhv edildiyini bildirmişdi.