İran nüvə bombasını gizlədir? - Agentlikdən müəmmalı CAVAB

 21:05 18.06.2025     141

"Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişləri İranın nüvə silahı proqramına malik olduğuna dair sübutlar tapmayıblar".

Redaktor.az xəbər verir ki, bunu BAEA-nın baş direktoru Rafael Qrossi "Bloomberg"ə açıqlamasında deyib.

Eyni zamanda o, hələ də narahatlıq üçün əsasların mövcud olduğunu vurğulayıb:

"Biz müfəttişik, siyasi analitik və ya hökumət rəsmisi deyilik. Ona görə də nüvə silahının yaradılması üzrə aktiv proqramın mövcudluğunu bəyan etmək üçün bizə konkret dəlillər lazımdır. Bu cür sübutlara indiyədək rast gəlməmişik", - Qrossi bildirib.