Paşinyan Türkiyəyə səfər EDƏCƏK

Ermənistanın Baş naziri Nikol Paşinyan 2025-ci il iyunun 20-də Türkiyəyə işgüzar səfər edəcək.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altun bildirib.
O qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Paşinyanı İstanbulda qəbul edəcək.