İranda internetin olmamasının səbəbləri AÇIQLANDI

 21:57 18.06.2025     126

İran hakimiyyəti ölkədə internetə çıxışa müvəqqəti məhdudiyyət qoyub.

Redaktor.az-ın xəbərinə görə, bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.

“Ölkənin yerləşdiyi xüsusi şəraitin davam etməsini, həmçinin rabitə şəbəkələrinin hərbi məqsədlər üçün istifadəsini (İsrail tərəfindən - red.) və əhalinin həyatı üçün təhlükəni nəzərə alaraq internetə çıxışa müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda deyilir.

Xatırladaq ki, iyunun 15-də amerikalı sahibkar İlon Mask “Starlink” peyk internet sisteminin İran ərazisi üzərində işləməyə başladığını açıqlayıb. Maskın sözlərinə görə, İranın hakimiyyət orqanları etirazların koordinasiyasının qarşısını almaq üçün interneti bağlayıb.