Türkiyədə cinayətkar təşkilata qarşı əməliyyat keçirildi - 9 nəfər saxlanıldı

 22:19 18.06.2025     104

Türkiyədə Əsirinə  mərkəzli 6 vilayətdə aparılan genişmiqyaslı əməliyyat çərçivəsində, başçılığını N.S.-in etdiyi “Sevenlər” cinayətkar təşkilatına üzv olan 9 şübhəli saxlanılıb.

Redaktor.az xəbər verir ki, Ədirnə Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Koordinasiya İdarəsi tərəfindən həyata keçirilən əməliyyat nəticəsində İstanbul, Batman, Mersin, Zonguldak və İzmir də daxil olmaqla 16 fərqli ünvana basqınlar təşkil edilib.

Saxlanılan şəxslər təşkilat qurmaq və ona üzv olmaq, qeyri-qanuni gəlir əldə etmək və miqrant qaçaqçılığı kimi cinayətlərdə ittiham edilir. Araşdırmalar davam edir.

Kənan YUSİF