“Biz ədalətli dünya nizamının tərəfdarıyıq" - Putin

Moskva həmişə ədalətli dünya nizamının və dünya ticarəti qaydalarına riayət olunmasının tərəfdarıdır. Bundan əlavə, Rusiya Federasiyası ticarət müharibələrinin aparılmasına və hər cür məhdudiyyətlərin tətbiqinə qarşıdır.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin dünyanın aparıcı xəbər agentliklərinin rəhbərləri ilə TASS-ın təşkil etdiyi görüşdə vurğulayıb.
“Biz ədalətli dünya nizamının tərəfdarıyıq ki, beynəlxalq ticarət təşkilatının qaydalarına əməl olunsun və siyasi şəraitə görə bir yerdən başqa yerə dəyişməsin”, - Rusiya lideri vurğulayıb.
"Biz hər cür ticarət müharibələrinin, məhdudiyyətlərin və sairin əleyhinəyik”, - Putin deyib.
Turan İSMAYIL