İran İsrail ərazisində xəstəxanaya raket zərbəsi endirdi - yaralılar var

İran İsrail ərazisinə raket hücumları həyata keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
Məlumata görə, atılan ballistik raketlərdən biri Beer-Şeva şəhərində yerləşən “Soroka” xəstəxanasına düşüb.
Hadisə nəticəsində azı 10 nəfər xəsarət alıb.
Ölkənin əksər bölgələrində hava hücumu sirenləri səslənir, mülki əhaliyə isə sığınacaqlarda qalmaq tapşırılıb.
Təl-Əvivdə də raket zərbələrindən sonra dağıntılar qeydə alınıb (APA).