ABŞ Senatı Baydenin əqli qabiliyyətlərini sınayacaq

 10:06 19.06.2025     112

ABŞ Senatı keçmiş ABŞ Prezidenti Co Baydenin prezidentlik dönəmindəki koqnitiv qabiliyyətləri ilə bağlı dinləmələrə başlayıb.

Redaktor.az bu barədə "Associated Press"ə istinadla məlumat verir.

Dinləmələr çərçivəsində Bayden administrasiyasının prezidentin əfv, cəzaların dəyişdirilməsi, icra sərəncamları və prezident elanları ilə bağlı sənədləri imzalamaq üçün avtomatik qələmdən istifadə etməsi məsələsi də gündəmə gətirilib.

Herit Foundation təhlil mərkəzinin iclasında hüquq və texnologiya siyasəti üzrə tədqiqatçı Teodor Vald bildirib: “Nəzarət Layihəsi müəyyən edib ki, administrasiya ilk dəfə Baydenin vəzifəyə başladığı beşinci gündə avtoqələmdən istifadə edib”.

Aytəkin TOFİQQIZI