Təl-Əviv bu səhər... - VİDEO

 11:08 19.06.2025     149

İsrail və İran arasında gərginlik və qarşılıqlı raket zərbələri davam etdirilir.

Redaktor.az xəbər verir ki, İsrail Müdafiə ordusu bu səhər İranın ölkə istiqamətində təqribən 20 raket atdığını açıqlayıb.

Hücum çərçivəsində paytaxt Təl-Əviv və Beer-Şeva şəhərlərinə zərbə endirilib.

Zərbələrdən sonra hər iki şəhərdə dağıntılar qeydə alınıb.

Sosial şəbəkələrin İsrail seqmentində paytaxtın raket zərbələrindən sonrakı halını əks etdirən görüntülər yayılıb.

Həmin görüntüləri təqdim edirik: