İran raketi Təl-Əvivdə səfirlik binasını da zədələdi

Niderlandın Təl-Əvivdəki səfirliyinin binası İranın raket zərbəsi nəticəsində zədələnib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, dəymiş ziyan cüzidir, zərbə nəticəsində diplomatik nümayəndəliyin pəncərəsi sınıb. Ölən və yaralanan yoxdur.